Proagro MMC 2008-ci ildən etibarən Gürcüstan və Azərbaycanda aqrobiznes sahəsində çalışır.  Hal hazırda suvarma, avtomatlaşdırma və gübrələnmə sistemlərinin ən böyük təchizatçısıdır.
Şirkətin əsas müvəffəqiyyət faktorlar:

  • Geniş təcrübə, yüksək idarəetmə standartları və düzgün qərar qəbul etmək bacarığı.

  • Yüksək keyfiyyətli məhsullar. Proagro MMC Lindsay, Toro və Senninger Amerika şirkətlərinin Gürcüstan və Azərbaycan ərazisində eksklüziv satıcısıdır.

  • Yüksək səviyyəli suvarma layihələri hazırlanması və sonra onları həyata keçirmək üçün yüksək ixtisaslı mühəndis kadrlardan ibarət olan resursların mövcudluğu.

  • Avropa Laboratoriya və Kənd Təsərrüfatı Mütəxəssisləri (AGQ Labs) ilə məhsuldar əməkdaşlıq.

Nəticədə, Proagro MMC tərəfindən hazırlanan və həyata keçirilən layihələr konkret bitkilərin müəyyən olunmuş iqlim şəraitində suya olan tələblərə tam uyğun gəlir.

Müxtəlif xidmətlər və yüksək standart
Suvarma sistemlərinin dizaynı və digər xidmətlər

Proagro müxtəlif xidmətlər təklif edir:

  • Suvarma və gübrələmə sahələri üzrə tövsiyələr. Buna, suvarma normasının müəyyənləşdirilməsi, torpaq analizinin aparılması, gübrələmə üçün avadanlıq seçilməsi, dizaynı, bitki qidalanmasının monitorinqi daxildir.

  • Suvarma mühəndisliyi layihəsinin hazırlanması, və həmin layihəyə daxil olan topoqrafik tədqiqatların və çəkilişlərın, salınacaq bağın planlaşdırması (sıralar, yollar, döngələr və s.) və həmçinin eyni zamanda pula qənaət etmək üçün optimallaşdırılmış bir hidravlik suvarma layihəsinin hazırlanması.

  • Pivot suvarma sistemlərinin dizayn layihəsinin hazırlanması.

  • Tam su təchizatının dizaynı layihəsinin hazırlanması.

  • Avtomatlaşdırma və uzaqdan idarəetmə sistemlərinin dizaynı, təchizatı və quraşdırılması. Bu sistemlər torpağın nəmlik ölçən sensorları və digər sensorlar, eləcə də iqlim stansiyaları ilə təchiz edilmişdir.

  • Hazırlanmış sistemlər üçün material və avadanlıqların seçimi və mövcüd dizaynın qiymətləndirməsi.

  • Mal – materialların tədarükü.

  • Suvarma və gübrələmə sistemlərinin tam və ya qismən quraşdırılması.

  • Torpaq analizlərin lisenziyalı Avropa laboratoriyasında həyata keçirilməsi.

  • Bitki qidalanmasının monitorinqi.